İran iddea edir ki, uranı zənginləşdirmək imkanındadır

ELAZ.İNFO xəbər verir ki, İran xarici işlər naziri son çıxışında bildirib ki,İran hələ də uranı zənginləşdirmək imkanlarına malikdir.

Abbas Əraqçi bunu  “Financial Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi İranın ali rəhbəri ayətullah seyid Əli Xaməneinin kütləvi qırğın silahlarının istənilən növünə sahib olmağı qadağan edən fətvasına riayət etməyə davam edir.

Nazir “danışıqlara gedən yol dardır” deyərək müharibədən sonra diplomatiyanın bərpası üçün şərtlərdən danışıb: “Amerika danışıqların ortasında bizə hücum etməsinin səbəbinin izah etməli, bunun yenidən təkrarlanmayacağına zəmanət verməlidir”.

N.B

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights