ELAZ.İNFO xəbər verir ki, İran gəmisi Xəzər dənizində qəzaya uğrayıb.
Bu barədə MNS məlumat yayıb.
Gəmidə 10 heyət üzvü var. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Pis hava şəraiti səbəbindən xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Rusiya dəniz limanlarının bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.
Aydan