İran adlı ölkə bizə yad deyil

ELAZ.İNFO

Müasir İran dövləti, İngilis cəsuslarının öz geosiyasi maraqları üçün farslaşdırdıqları tarixi Azərbaycan dövlətidir. Bu coğrafiyada yaranan bütün dövlətləri Azərbaycan Türkləri yaratmışlar. Əhəmənilər dövlətini də Yəhudilər şimaldan muzdla gətirdikləri Kirin dəstəsi ilə yaratmışlar. Bu dövlətin indiki Farslara heç bir aidiyatı yoxdur. Sadəcə bu coğrafiyanı 12 əsrdən sonra Farsların ayağına yazmaq üçün, Türklərin tarixini bu coğrafiyada silmək üçün Əhəminilər dövlətini də Farsların ayağına yazıblar. (Sasanilər dövləti bilinmir.) Yerdə qalan bütün dövlətləri Azərbaycan Türkləri yaradıb və İranın indiki sərhədlərini də bu dövlətlər əsrlərlə müəyyən edib, qoruyub saxlayıblar. Tarix boyu yaradılan Eldəgizlər, Şirvanşahlar, Ağ Qoyunlu, Qara Qoyunlu, Səlcuqlular, Səfəvilər, Afşarlar, Qacarlar dövləti, bunların hamısını Azərbaycan Türkləri yaradıb. Sadəcə dünya imperialist müharibələrində İngiltərə İmperiyasının birinci hədəfi bütün Türk dövlətlərini yox etmək olub. Bu sırada Hindistan Babur Türk dövləti, Orta Asiya Türk dövlətləri, Qacarlar və Osmanlı dövlətlərini məkilrli siyasətlə yox etmişlər. Qacarlar dövlətini 1800 cü ildən farslaşdırmağa başlayıblar və bu işi 15 dekabr 1925 ci ildə Qacarlar dövlətində məxməri inqilab edib hakimiyyəti Pəhləvi sülaləsinə verməklə başa çatdırdılar. İngiltərə İmperiyasının məkirli siyasətlə Türk dövlətlərini yox etməsi, Rus İmperiysını öz ərazilərini rahat genişləndirməsinə şərait yaratdı. Qacarlar dövlətimizin şimalını Rusiya İmperiyası işğal etdi. (144 min kv km.) Qacarlar dövlətinin cənubuni isə, (müasir İran ərazisi) İngiltərə rahat şəkildə öz geosiyasi maraqları üçün farslaşdırdı. Bax bu gün İran adlı ölkə tarix səhnəsinə belə çıxıb. Bu gün mövcud olan İran fars rejimi İngiltərə cəsuslarının yaratdığı, idarə etdikləri “dövlət”dir. 1925 ci ildən 1936 cı ilə qədər “dövlət”in adını “Birləşmiş Əyalətlər” kimi qoymuşdular. Qacarlar kimi saxlaya bilməzdilər, çünki, Qaçarlar Türk dövləti olub. 1936 cı ildə Rza “şah”ha İngilis ağası əmr etdi, o da bir fərman verdi və ilk dəfə dövlətin adını rəsmi olaraq İran kimi qoydu. İngiltərə universitetlərində Şərqşunaslıq fakültələrində Azərbaycan Türklərinin tarixini, rahat işğal etmək üçün öyrənirdilər. Sonra Rza sülaləsi ağasının sözündən şıxıb “müstəqil” olmaq istədikdə, Rusiyanın təsiri altına keçmək istədikdə, İngiltərə və ABŞ əvvəl özünü, sonra da oğlunu qovdular və yerinə 20 il saxladıqları Xomeynini gətirdilər. Beləliklə 1979 cu ildən bu günə qədər İran fars molla rejimi yenə də xarici güclərə xidmət etmək məqsədilə yaradıldı. Bax budur müasir İran fars rejiminin qısa tarixcəsi. Son zamanlar İranda insanlar öz azadlıqlarını, ən adi hüquqlarının olması üçün çıxışlar edirlər. Mətbuatdan görürük ki, Pəhləvi sülaləsinin nümayəndələri də hakimiyyətə gəlmək üçün hərəkətə başlamağa can atırlar. Bunlara demək lazımdır ki, ay Rza sülaləsinin varisləri sizin babanız Rus kazarmasında mehtər işləyib. Yaxşı nökərçilik etdiyi üçün, ölkəni xarici güclərin maraqlarına satdığı üçün, sizi Qacarlar dövlətində hakimiyyətə gətirdilər! Ay satqınlar! Siz xalqı, ölkəni 100 il xarici güclərin aləti etdiz! Bu gün də İran xalqları əziyyət çəkir, bu təsir altından çıxa bilmir! Sizin satqınlığınıza görə İran bu gün də müstəqil ola bilmir! DAHA BƏSDİR! BİLİN Hakimiyyətə gəlməkdə haqqı olan, Qacarlar nəslinin nümayəndəsidir! İran yenidən AZAD, MÜSTƏQİL DÖVLƏT O ZAMAN OLACAQ Kİ, GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ XAİN SİYASƏTLƏ ƏLLƏRİNDƏN ALINAN HAKİMİYYƏTLƏRİNİ YENİDƏN BƏRPA ETSİN! BAX O ZAMAN İRANDA OLAN BÜTÜN XALQLAR, FARSLAR DA DAXİL OLMAQLA BƏRABƏRHÜQUQLU, XOŞBƏXT YAŞAYACAQ!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights