ELAZ.İNFO xəbər verir ki, Bloomberg-in məlumatına görə, amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla mübahisəsi nəticəsində 24 saat ərzində təxminən 34 milyard dollar itirib.
Məlumat üçün bildirək ki, Prezident Donald Tramp bir müddət əvvəl bəyan etmişdi ki, hökumət subsidiyalarını, həmçinin Maskın Tesla və SpaceX şirkətləri üçün müqavilələrini kəsə bilər.
Bundan sonra Tesla səhmləri cümə axşamı ticarətin bağlanışında təxminən 14,2% ucuzlaşaraq təxminən 152 milyard dollar itki ilə nəticələndi.
Bloomberg-in gündəlik reytinqinə əsasən, Mask 24 saat ərzində 33,9 milyard dollar itirib. Onun sərvəti hazırda 335 milyard dollar qiymətləndirilir.
Bununla belə, İlon Mask dünyanın ən zəngin adamı olaraq qalır.
Xatırladaq ki, İlon Mask bu yaxınlarda sosial şəbəkədə hökumət postunu tərk etdiyini açıqlamış və Donald Trampa təşəkkür etmişdi. Maskın Hökumətin Effektivliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsindən getməsi ilə bağlı şayiələr bir neçə həftədir ki, yayılırdı. Aprelin sonunda İlon Maskın özü ABŞ Nazirlər Kabinetinin iclasında getməsinə eyham vurmuşdu.
Əvvəllər Tramp bəyan etmişdi ki, “nə vaxtsa” Maskın rəhbərlik etdiyi Dövlət Departamenti fəaliyyətini dayandıracaq və İlon Mask öz biznesini idarə etməyə qayıdacaq.
Daha sonra dövlət xidmətini tərk etdikdən sonra İlon Mask Trampın seçki kampaniyası zamanı vəd etdiyi əhəmiyyətli vergi güzəştlərini nəzərdə tutan qanun layihəsini tənqid edib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İlon Maskın keçmiş müttəfiqinin əsas büdcə qanun layihəsini tənqid etməsindən “çox təəccübləndiyini” və “məyus” olduğunu bildirib. Planetin ən varlı adamı, Trampın kampaniyasına 250 milyon dollardan çox pul xərcləyən İlon Mask öz növbəsində prezidentin “nankorluğuna” qəzəbləndiyini bildirib və onsuz seçkilərdə qalib gəlməyəcəyini iddia edib.
İlahə BAYINDIR