İdil Bilgen adını 1/4 finala yazdırdı

ELAZ.İNFO, BAKI, 27.05.2025.

ELAZ.İNFO xəbər verir ki, 2024 gözəllik yarışmasında “Miss Türkiyə” seçilən İdil Bilgen Hindistanda keçirilən 72-ci “Miss World” yarışmasında dörddə bir finala yüksəlib.

Miss World təşkilatından verilən rəsmi açıqlamada Bilgenin uğuru -“O, əsl gözəlliyin şəfqət və cəsarətdə olduğunu sübut etdi”- sözləri ilə qeyd edilib.

 O, “Miss Turkey 2024” yarışmasında qalib gələrək Türkiyəni “Miss World” səhnəsində təmsil etmək hüququ qazanan İdil Bilgen yeni gözəllik yarışmasında özünü göstərib.

Məlumat üçün bildirək ki, Hindistanın Haydarabad şəhərində keçirilən 72-ci Dünya Gözəllik Yarışmasına qatılan Bilgen adını 1/4 finala yazdırıb.

Koç Universitetinin Tibb Fakültəsini bitirən və hazırda Nyu York Universitetinin Langone Tibb Mərkəzində radiasiya onkologiyası üzrə çalışan 24 yaşlı Bilgen gözəlliyi ilə yanaşı akademik uğurları ilə də diqqət çəkir.

Müsabiqənin “Head-to-Head Challenge” bölməsində göstərdiyi performansla seçilən Bilgen qitə təmsilçisi kateqoriyasında 1/4 finala yüksəlib.

Bilgenin açılış mərasimində hind rəqsi ifası sosial mediada geniş əks-səda doğurub.

İlahə BAYINDIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights