ELAZ.İNFO xəbər verir ki, 27 yanvar 16 yaşında Böyük Sultan olmuş I Şah Abbasın doğum günüdür.
Məlumat üçün bildirək ki, Şah I Mehdi 1571-ci il yanvarın 27-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı “Məhd-i ülya” kimi tanınan Xeyrənnisa Bəyimin üçüncü oğlu idi.
1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul olurdu.
1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi.
1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi, Abbas Mirzə isə Mürşiqdqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktyabrında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.
Əli İBRAHİMOV