-“Hindistan Rusiyadan neft almamalıdır”

Bunu ABŞ Prezidenti Donald Tramp söyləyir

ELAZ.İNFO xəbər verir ki, Hindistanın Rusiyadan neft alacağını davam etdirəcəyi barədə bəyanatı ABŞ prezidentini hiddətləndirib.

O Hindistanı Rusiyadan neft aldığı üçün cəzalandıracağını bildirb. Tramp bunları CNBC telekanalına müsahibəsində söyləyib.

ABŞ Prezidentinin kəskin ittihamlarına qarşı fikirni bildirən Hindistanın Xarici İşlər Nazirliyi  Trampın rus nefti barədə tələbini «əsassız və ədalətsiz» hesab edib.

Nazirlik bildirib ki, Hindistan hökuməti milli maraqları qorumaq üçün bütün lazımi tədbirləri görücək.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights