Hikmət Hacıyev İrana səfər edib

ELAZ.İNFO. BAKI. 19.05.2025

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.

Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək.

Aycun NƏCƏFOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights