HƏYAT SINAQDIR

 Həyatımız boyu çoxlu  kədərlərlə, bəlalarla qarşılaşırıq. Başımıza gələn hər bir hadisə dünya imtahanının bir hissəsidir. Həyat dediyimiz sınaq üçün bizə verilən məhdud vaxtdır. Həyat-həyatı iman və yaxşı əməllərlə keçə bilmək və qarşılaşdığımız hadisələrə düzgün münasibət sərgiləməkdir. Ayədə buyurulur:

-“Şübhəsiz ki, Biz sizi bir az qorxu, aclıq, mal-dövlət, can və məhsul itkisi ilə imtahan edəcəyik. Səbr edənləri müjdələ!” (Bəqərə, 2/155)

O kəs ki, dəlillərə əl atır; Elm, ağıl və təcrübə işığında hər cür tədbir görən mömin də Allaha təvəkkül etməyi və ilahi hökmə razı olmağı bilməlidir. İnsan üsyan və həddi aşmaqla deyil,  səbrlə hərəkət etməlidir. İnsan qorxudan, təşvişdən, bədbinlikdən uzaq olub, Rəbbinə sığınmalıdır.

Ən etibarlı sığınacaq Uca Allahın misilsiz qüdrəti, elmi, hikməti, köməyi və lütfüdür. Ona bir an belə imanını itirməmək, Ona təvəkkül etmək, Ona güvənmək, Ondan kömək istəmək mömin üçün həyat işığıdır. – HƏYAT SINAQDIR

Ali Kamal MABOÇOĞLU -Türkiyə

Verified by MonsterInsights