Havada geomaqnit dalğası var

ELAZ.İNFO, BAKI, 12.05.2025.

ELAZ. İNFO xəbər verir ki, geomaqnit sahəsi sakit-aktiv periodlarda olub. Qısamüddətli G1 səviyyəsinə yüksəlmələr qeydə alınıb. Sutkanın ilk saatlarında geomaqnit sahəsinin fəallığı G1 səviyyəsinə yüksəlib, hazırda Kp indeksi 4-ə bərabərdir və geomaqnit sahəsi aktivdir.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydğı məlumatda deyilir ki, bu gün G1 səviyyəli geomaqnit qasırğası davam edəcək.

Sonrakı günlərdə isə müsbət qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə geomaqnit sahəsinin yenidən aktiv səviyyəyə yüksələcəyi gözlənilir.

Verified by MonsterInsights