Haqqa qardaş yaranan şair

ELAZ.İNFO xəbər verir ki, 30 sentyabr şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü “Bəhmən Vətənoğlu” -nun -Bəhmən Kalış oğlu Abbasovun vəfat etdiyi gündür.

Allah rəhmət etsin!

Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri “Dəyişməmişəm” 1958-ci ildə Kəlbəcər rayon qəzetində (“Yeni həyat uğrunda”) dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. “Haqqa qardaş yaranmışam” (1985), “Allahsız dünya” (1992) “Vətən bizi bağışlamaz” (1995), “Qaldı ürəyimdə dağı dağların” (1997) şeir topluları nəşr olunmuşdur.

Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights