Həsən bəy Zərdabi: -“…Dərhal səs gələn tərəfə götürüldüm”

ELAZ.İNFO, BAKI, 08.05.2025.

-“Bir dəfə axşamüstü, hava tamam qaralan vaxt Zərdabın qurtaracağında səs-küy qalxdı. Nəsə bir hadisə baş vermişdi. Belə tamaşaların həvəskarı olduğumdan dərhal səs gələn tərəfə götürüldüm.

Məlum oldu ki, ahıl yaşlı hacı qonşusunun mis qazanını oğurlamaq istədiyi yerdə ələ keçib.

Atam işi araşdırıb günahkarı bəy otağının qarşısındakı rüsvayçılıq sütununa bağlamağı, qazanı isə başına keçirməyi əmr etdi, hamını cəza mərasimində iştirak etməyə çağırdı.

Qazan oğru hacının başına elə qoyulmuşdu ki, sifəti açıqda qalmışdı. Bütün zərdablılar növbə ilə qarşısından keçib üzünə tüpürürdülər…”

(Həsən bəy Zərdabi, “Yaşadıqlarım” adlı yazısı, “Kaspi” qəzeti, 22-24 yanvar, 1884)

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights