Həmişə minnətdar ol

ELAZ.İNFO, BAKI, 14.05.2025.

Şükür-“Bəndənin Allaha verdiyi nemətlərə görə şükr duyması və bunu söz və əməli ilə göstərməsi” deməkdir.

Quranda şükür bəndəliyin tələbi kimi qiymətləndirilmiş, Allahın nemətləri verildiyi halda şükür etməyənlər lənətlənmişlər (Əraf, 7/10; Nəhl, 16/78; Qafir, 40/61).

Peyğəmbər də etdiyi ibadətləri Allahın verdiyi nemətlərə şükrün ifadəsi hesab etmişdir.

Şükür təkcə sözlə deyil, həm də əldə edilən nemətlərin əsl sahibinin Allah olduğuna ürəkdən inanmaq və bu nemətlərdən Allahı razı salacaq şəkildə istifadə etməklə ifadə olunur. Var-dövlətin şükrü ehtiyacı olanlara kömək etmək, elmin şükrü elmi insanların xeyrinə istifadə etmək, sağlamlığın şükrü isə Allaha və insanlara xidmət etməkdir.

“İbrahim” surəsinin 7-ci ayəsində Uca Allah-“Əgər şükür etsəniz, sizə olan nemətimi artıracağam…” deyərək şükür edənlərə daha çox nemət verəcəyini vəd edir:

-“Əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir!”

O, nankorluq edənləri şiddətli cəza ilə qorxutdu və xəbərdar etdi.

Ali Kamal MABOÇOĞLU- Türkiyə

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights