İran prezidenti türkcə şeir oxuyub.
“Azərbaycan var olsun, istəməyən kor olsun“ şuarları altında Güney Azərbaycan vətəndaşları hesab edirlər ki, bu işlər təqdirəlayiqdir və müəyyən mənada bəzi qadağaların aradan qaldırılmasında müsbət addımdır. Amma unutmaq olmaz ki, İranda məzlum xalqların şeir oxumaqla həlli mümkün olmayan fundamental problemləri var.
İran hakimiyyəti Məsud Pezeşkian bilməlidir ki, İranda məzlum xalqların ona olan etimadı sonsuz deyil. İqtisadi, mədəni, siyasi problemlər və ayrı-seçkilik, demokratik azadlıqlar kimi məsələlər İranda məzlum xalqların əsas tələblərindəndir ki, bu da şeir oxumaqla həll edilə bilməz.
Ölkədə hakimiyyət və sərvətin ədalətli bölüşdürülməsi, ana dilində təhsil, ekoloji məsələlərə, o cümlədən Urmu gölünə xüsusi diqqət yetirilməsi kimi məsələlər ölkə vətəndaşlarının əksəriyyətinin təməl tələbləridir və yerinə yetirilməsə, çatlar və gərginlik daha da dərinləşəcək.
Aydan ŞƏRBƏTOVA