GƏLİN UŞAQLARIMIZA HÖRMƏT EDƏK

Hörmət; bu, bizi yetişdirmək üçün çox zəhmət çəkənləri qiymətləndirməkdən ibarətdir. Hörmət insanın öz şəxsiyyəti ilə başqalarının şəxsiyyəti arasındakı sərhəddi bilmək və bu sərhəddi aşmamaq, öz zərərinə olsa belə, başqalarının haqqına diqqət yetirməkdir.

Hörmət mühüm dəyərdir. İnsanı yüksəldir. Onun dəyərinə xələl gətirmir. Hörmətin öyrənildiyi ilk yer ailə evidir. Çünki hörmət yaşamaqla öyrənilir.

Uşaqlar ailələrindən aldıqları hörmət və etiketi xarici dünyaya əks etdirirlər. Analar və atalar da övladlarına hörmət ifadə etmək baxımından yaxşı nümunə olmalıdırlar. Uşaqlar hörmət göstərəcəkləri yerləri və hörmət göstərəcəkləri vaxtları yaxşı başa düşməlidirlər. Danışıq tərzinə diqqət yetirməlidirlər, xüsusən də böyüklərlə münasibətdə. Yanlarında oturarkən, dayanarkən və yemək yeyərkən ədəb-ərkanlarına fikir verməlidirlər.

Geridə qoyduğumuz zamanlarda uşaqların ailə mühitində öz fikirlərini ifadə etməmələri, onlara nə deyirlərsə onu etmələri, öz istəkləri ilə bağlı öz fikirlərini bildirməmələri hörmət kimi qəbul edilirdı.

İndi bir az fərqli dünyada yaşayırıq. Həyat çox sürətlənib. Ayaqlaşmaqla bərabər hörmət dəyərini də unutmamalıyıq.

Bizə ən yaxın olanlardan başlayaraq, sosial münasibətlərimizdə hörməti əks etdirməliyik.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights