Fransa səfirliyindən Ermənistana dəstək mesajı: “Erməni xalqına qoşuluruq”

ELAZ.İNFO Ermənistan mediasına istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfirliyi ölkədə ilk dəfə qeyd olunan “Vətən uğrunda həlak olanların anım günü” ilə bağlı bəyanat yayıb.

Səfirliyin mesajında deyilir: “Bu gün, 27 yanvar tarixində Ermənistan Vətən uğrunda döyüş meydanında canından keçmiş övladlarının xatirəsini ehtiramla yad edir. Fransanın Ermənistandakı səfirliyi bu anım günündə erməni xalqına qoşulur”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Milli Assambleyası (parlament) yeni qanun qəbul edib. Həmin qanuna əsasən, 27 yanvar rəsmən “Vətən uğrunda həlak olanların anım günü” elan olunub. Bu tarixin seçilməsi Ermənistan ordusunun yaranma günü (28 yanvar) ərəfəsinə təsadüf edir və hərbi bayramdan bir gün əvvəl itkilərin anılması məqsədi daşıyır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights