“Stratfor”un 2026 proqnozu: Ermənistanı seçki, iğtişaş və “Trump yolu” gözləyir

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın nüfuzlu geosiyasi kəşfiyyat mərkəzi “Stratfor”un 2026-cı il hesabatında Ermənistan-Azərbaycan münasibətləri və regionun gələcəyi ilə bağlı diqqətçəkən məqamlar yer alıb. Analitiklər 2026-cı ili Ermənistan üçün “siyasi sınaq ili” kimi xarakterizə edirlər.

Hesabata görə, baş nazir Nikol Paşinyan 2026-cı ildə rekord səviyyədə daxili təzyiqlə üzləşəcək. Bunun əsas səbəbləri: Azərbaycana verilən “güzəştlər” və sülh müqaviləsi şərtləri. Erməni Apostol Kilsəsi ilə kəskinləşən münasibətlər. İyun ayında gözlənilən parlament seçkiləri ölkənin taleyini həll edəcək. Paşinyan Azərbaycanın əsas şərti olan “Konstitusiya dəyişikliyi” referendumunu seçkilərdən sonraya saxlayaraq siyasi riskləri azaltmağa çalışacaq.

Hesabatda ən maraqlı yenilik TRIPP (Trump Route for International Peace and Prosperity – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) adlanan layihədir. Bu, Zəngəzur dəhlizinin yeni geosiyasi adıdır.

Layihənin həyata keçirilməsi üçün ABŞ-ın idarəçiliyində olan bir şirkətin yaradılması və səhmlərin 74%-nin ABŞ tərəfinə verilməsi planlaşdırılır. Regionun logistik nəzarətini Rusiyanın əlindən alıb Qərbin, xüsusən də ABŞ-ın nəzarətinə keçirmək.

“Stratfor” iddia edir ki, rəsmi Bakı Ermənistandan asılı qalmaq istəmir. Azərbaycan öz hissəsini İrandan keçən “Araz dəhlizi” vasitəsilə tamamlamaq üzrədir. Bu, Bakıya imkan verəcək ki, TRIPP layihəsini Ermənistana qarşı bir təzyiq rıçağı kimi saxlasın. İrəvan sülh və əməkdaşlığa tam hazır olmasa, Ermənistanı regional inteqrasiyadan kənarda qoysun.

Analitiklərə görə, Rusiya TRIPP layihəsinin reallaşmasına mane olmağa çalışacaq. Lakin Ukrayna müharibəsi fonunda Rusiyanın regiondakı təsir gücü o qədər azalıb ki, Moskva nə Bakının, nə də İrəvanın Qərbə tərəf meyllənməsinin qarşısını ala bilməyəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights