Fənərbaxça transfer edəcəyi futbolçuların siyahısını hazırlayıb

ELAZ.İNFO xəbər verir ki, “Fənərbaxça” transfer edəcəyi futbolçuların siyahısını hazırlayıb. Prezident Əli Koç transfer görüşü üçün Portuqaliyada menecer Joze Mourinyo ilə görüşüb. Siyahıda “satılan” reytinqi olan bütün oyunçulara klub tapmaq tapşırılıb.

Ötən mövsüm 15 milyon avroluq məcburi alış opsiyonu ilə icarəyə verilən və bu mövsümün əvvəlində seçimi aktivləşdirilən Amrabat məşqçilər korpusu tərəfindən bəyənilməyib. İllik 5 milyon avro məvacib alan mərakeşli yarımmüdafiəçi imzalamağı planlaşdırdığı klublardan eyni məbləği istəməsi onları geri çəkilməyə vadar edib. “Fənərbağça”nın Amrabatın transferində yeganə ümidinin Səudiyyə Ərəbistanından yüksək müqavilə təklifləri olduğu bildirilir.

Nadir HÜSEYNOV


Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights