ELAZ.İNFO xəbər verir ki, Cənubi Afrika ölkəsi olan Esvatini Krallığının ABŞ-dan deportasiya edilən miqrantları qəbul etmək üçün Vaşinqton administrasiyasından 5,1 milyon dollar aldığı açıqlanıb.
Donald Tramp administrasiyasının Ruanda və Uqanda kimi ölkələrdən sonra deportasiya edilən miqrantları göndərmək üçün üçüncü ölkələrlə razılaşma əldə etmək səylərində Esvatini Krallığı ilə razılığa gəldiyi məlum olub.
Esvatini maliyyə naziri Neal Rijenberg parlamentdə hökumətin ABŞ ilə “üçüncü ölkə müqavilələri” çərçivəsində deportasiya edilən miqrantları qəbul etmək müqabilində 5,1 milyon dollar aldığını bildirib.
Rijenberg bildirib ki, prosesin şəffaflığı ilə bağlı müzakirələr hökumət daxilində aparılır.
Günel GÜNTAC
