ELAZ.İNFO xəbər verir ki, keçmiş sovvetlər zamanı çəkdiyi əməyin qarşılığında aktyorTariyel Qasımov ən yaxşı qonorar alanlardan biri olub.
Aktyor bununla bağlı söyləyib ki, “İlk dəfə “Liftçi qız” filminə çəkildim. Filmdən sonra 300 qızdan sevgi məktubu aldım. Ancaq sevgi rolları oynamışam. Özü də mən xaricdə ən çox filmə çəkilən aktyorlardan olmuşam. Tacikistanda 3, Özbəkistanda 6 filmə çəkilmişəm, onun da biri 17 seriyadır, 23 film edir. Yaxşı qonorar almışam. Gənc aktyorların arasında yeganə mənim avtomobilim vardı, “QAZ-24” sürürdüm. Almaniyada filmə çəkiləndə günümə 3 min manat qonorar yazılırdı. Rasim Balayev isə “Nəsimi” filminə görə cəmi 3 min manat almışdı”.
Günel GÜNTAC