ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Əliağa Ağayevin anım günüdür.
Allah rəhmət etsin!
Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib.
1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb.
İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qaradır.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
