Dünya qarışıb,drondan heç kəs sığortalı deyil. Əsasən dövlət başçıları və yüksək vəzifəliləri şəxslər…

ELAZ.İNFO xəbər verir ki, xəbərlərə görə, Putini sonuncu dəfə Kremldə 9 gün bundan qabaq görünüb.

ABŞ və İsrailin İran rəhbərliyini izləyib məhv etməsindən sonra Vladimir Putin Kremlə gəlməyi dayandırıb
“Bunker”də gizləndiyi deyilən Putinin cədvəlindən Kremldə keçirilən ictimai tədbirlər çıxarılıb: “Agentstvo” nun yazdığına görə, o, sonuncu dəfə doqquz gün əvvəl orada ictimaiyyət qarşısında görünüb.

B.Lukaşenkodan da heç bir xəbər-ətər yoxdur. Ara-sıra ekranlarda kolxozçularla görüş-falan lentləri fırladılır.

Avropada Macarıstanın baş naziri V.Orban Zelenskinin açıq təhdidindən sonra ” jım-jım” edir. Və yayılan məlumatlara görə, həyatda və siyasi səhnədə qalmaq üçün, özünə “Tramp fason” bir süni “sui-qəsd” planı hazırlamağı planlayır.
Yəni, belə bir şey eşitsəniz, inanmayın, saxta və qurama olma etimalı böyükdür.

Kuba prezidenti də o tayda narahatdır. Necə deyərlər, başına dəmir dəbilqə geyinib, qaranlıq otaqda “öz növbəsini” gözləyir.
Düzdü hələlik, gündüzlər arada bir şeşələnib, Trampı hədələməyi də var.

ABŞ – da da vəziyyət ” ruscadır.”

Bu günlərdə, Vaşinqtonda yerləşən hərbi baza üzərində — burada Marco Rubio və Pete Hegseth yaşayır — bir neçə gün ərzində naməlum dronlar uçub
Pilotsuz uçuş aparatları əsasən gecə vaxtı və bir neçə ədəd olmaqla qeydə alınıb.
PUA-ların mənşəyi məlum deyil — baxmayaraq ki, məsələ Federal Təqdiqat Bürosu və Pentaqon tərəfindən araşdırılır.
ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hazırda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən Vaşinqtondakı Fort McNair hərbi bazasında yaşayırlar.

Belə. … Dünya rəsmən bir Nobel Sülh Mükafatının ” zibilinə ” düşüb.
Tramp deyəndə ki —
” Siz mənə bu mükafatı vermədiniz, ta bundan sonra məndən sülh gözləməyin.”
söyləyəndə, gərək onun kimliyini nəzərə alıb, fikrini ciddiyə alaydılar!

Nəriman Abdinov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights