Dövlət Neft Fondunun aktivləri 62,7 milyard dolları ötüb

Cari il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon dollar) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon dollar təşkil edib.

ELAZ.İNFO xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

Bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.

Cari ilin birinci rübündə ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights