Dövlət hər bir vətəndaşının yanındadır, xüsusən də qayğıya ehtiyacı olanların

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı-yazar Tural İrfan Uşaq Sığınacağını ziyarət edib.

“Bu gün xeyriyyəçilik təşəbbüskarlığı, bu yöndəki təşkilatçılıq fəallığı ilə seçilən vətənpərvər xanımlar Ləman Musayeva və Fatimə İbrahimovanın öncüllüyü ilə hörmətli Kəmalə Ağazadənin rəhbərlik etdiyi Uşaq Sığınacağında olduq. Abşeron rayonu, Masazır kənd 4 saylı orta məktəbin müəllimi Pəri İsgəndərova, “Kitablarla İnkişaf edək” layihəsinin üzvü Tovus Tağılı ilə birlikdə dəstək aksiyasında iştirak etdik. Öz əl əməyi ilə Gülşən Ağazadə də qatqıda bulundu”, – deyə yazar bildirib.

Tural İrfan müxtəlif ailə problemləri üzündən sığınacaqda yerləşmiş uşaqlara həddən artıq diqqət və qayğının şahidi olduğunu bildirib. O deyib ki, “Rəhbərlik, tərbiyəçilər, nəzarətçilərin uşaqları öz övladları kimi qoruduğunun, qayğısına qaldığının şahidi olduq. Qida dəstəyi ilə yanaşı uşaqlara əlavə oxu üçün kitablar da hədiyyə edildi. Valideyn himayəsindən məhrum uşaqlara maddi, mənəvi dəstəklə yanaşı mənəvi qida olaraq motivasiya xarakterli söhbətlər etdik, ruhlandırdıq. Bədbinliyə qapılmamalarını tövsiyyə etdik. Çətinliklərin insanı daha da möhkəmləndirdiyini vurğuladıq. Sığınacağın rəhbərliyi, əməkdaşları müxtəlif travmalar, problemlər yaşamış uşaqları çox həssaslıqla, diqqətlə himayə edirdilər”.

Dünşünas sonda söyləyib ki, “Uşaqları sevindirməyimizə şərait yaratdığına görə sığınacağın rəhbərliyinə və bu dəstək aksiyasının təşkilatçıları Ləman Musayeva, Fatimə İbrahimovaya və dəstək verən hər kəsə təşəkkür edirəm”.

Ruslan MƏMMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights