Dönmüşük Novruzluya!

ELAZ.İNFO, BAKI, 12.05.2025.

Ağdam rayonunun Novruzlu kəndi Qarqar çayının sağ sahilində yerləşən böyük bir kənd olmuşdur. Kənd camaatının 17- çi əsrin əvvəllərində iri torpaq sahələri olmuş,əhali əkinçilik, maldarlıq, üzümçülüklə məşğul olmuşlar.
1918-20-ci illərdə Qarabağda ermənilərlə mübarizəyə gələn Türk generalı Nuru Paşa Ağdamı qoruyan Novruzlunun igid oğlu Əsədullah bəylə görüşmüş,öz qızıl yəhərini,mauzerini ona hədiyyə etmişdir.O hədiyyələr Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır.
1920-ci illərdə fəaliyyətə başlayan Novruzlu məktəbində ətraf kəndlərin uşaqları da təhsil almışdır.
Dünya şöhrətli Xudu Məmmədov, Rafiq Əliyev də Novruzlu məktəbində təhsil almışlar.
1993-cü il 23 iyulda Ağdam rayonu ilə bir gündə Novruzlu kəndi də işğal olunmuşdur .
2020-ci il 8 Noyabrda Baş Komandan İlham Əliyevin ağıllı, dürüst siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı ilə düşmən üzərində ZƏFƏR qələbəsi çalındı!
20 Noyabrda isə Ağdam rayonu və bütün işğalda olan kəndləri heç bir canlı itki vermədən azad edildi.


Bayrağımız Şuşaya da sancıldı!
Qarabağım azad oldu, qurtuldu!
Şanlı ordum Kəlbəcərə,Laçına,
Füzuliyə, Suqovuşana, Ağdama
Bayrağımı şan-şərəflə asıbdır!
Şəhidlərin ruhları şadlanıbdır!

*****************************

Dircələn yurdum

Yol gedir Novruzluya,
Yurdumuz Novruzluya
Yollara güllər səpək,
Bu günə qurban kəsək!
Dönmüşük Novruzluya!

Elimə bahar gəldi,
Torpağıma can verdi.
Şükürlər olsun, bu il
Novruzlu torpağında
Novruz tonqalı yandı!

Laləni, bənövşəni
Öz kəndimizdən dərək.
Əlvan gül-çiçəyindən
Ucalan başımıza
Sevinc çələngi hörək!

Novruzlu dirçələcək!
Üzlər yenə güləcək.
Kəndimə su gələcək,
Torpağa can verəcək.
Əkəcək, becərəcək
Oğullar Novruzluda!

Kəndim abad olacaq,
Daş evlər ucalacaq.
Toy-büsat qurulacaq,
Cənnət -məkan olacaq
Hər tərəf Novruzluda!

Yurdu firavan görən
İncik Şəhidlərimin
Ruhları xoşhallanıb
Göydə pərvaz edəcək…
Onları yaşadacaq
Oğullar Novruzluda!
Xoşbəxt həyat quracaq
Oğullar Novruzluda!

Aybəniz CAMALOVA

Verified by MonsterInsights