Dilarə Ağamusa Nağıyevanın yubiley gecəsi keçirildi

ELAZ.İNFO xəbər verir ki, dünən Yazıçılar Birliyinin Natəvan Klubunda Dilarə Ağamusa Nağıyevanın yubiley gecəsi keçirildi.

Rəngarəng və maraqlı şəkildə təşkil edilən yubiley gecəsi iştirakçıların zövqünü oxşadı. İştirakçılar xanım yubilyara öz ürək sözlərini söylədilər, onun cəmiyyətdə aparıcı rolundan bəhs etdilər. Dilarə xanımın layiqli bir nəslin layiqli nümayəndəsi olduğunu diqqətə çatdırdılar.

Məlumat üçün bildirək ki, tarix üzrə fəlsəfə doktoru, Prezdent təqaudçüsü, “Tərəqqi” medallı, “Humay” mükafatçısı, Ankara Uluslararası Akademiyasının “Qızıl Altun” medallı və “İlin Xeyriyyəçi Qadını” mükafatçısı, Zadəganlar Məclisinin üzvü, “Qızıl Qələm”mükafatçısı, “Milli Dəyərlərin Qorunması ” İctimai Birliyinin təsisçisi Dilarə Ağamusa Nağıyeva 10 kitab, 6 sənədli filmin müəllifidir.

Onu da qeyd edək ki, xalqına qırılmaz tellərlə baglı olan xeyriyyəçi, milyonçu Ağa Musa Nağıyevin nəvəsi Dilarə Agamusa Nagıyeva haqq yolunda 35 il arasdırmalar aparmış, kitablar yazmış, filmlər cəkdirmiş, A.M.Nağıyevin nəşini 4-cü qəbrə köcürməyə nail olmuşdur.

Bildiyimiz kimi A.M.Nağıyev öz vəsaiti ilə Bakıda 98 bina tikdirmiş, əhalinin su ilə təmin olunması üçün vəsait xərcləmiş, bir çox xeyriyyə işləri ilə məşğul olmuşdur.

Sonda bu möhtəşəm gecənin iştirakçısı olaraq biz də öz növbəmizdə ELAZ.İNFO olaraq kollektivimizin adından Dilarə Ağamusa Nağıyevanı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni nailiyyətlər diləyirik!

Esmira RƏHİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights