Dağıdıcı zəlzələlər mümkündürmü?

ELAZ.İNFO xəbər verir ki, Uzaq Şərq Federal Universitetinin (DVFU) Geoerhtiyatların Monitorinqi və Mənimsənilməsi Departamentinin professoru Nikolay Şestakov Primorye diyarındakı seysmik vəziyyətlə bağlı mühüm açıqlamalar verib. Ekspert bildirib ki, region Kamçatka və Kuril adaları kimi aktiv zonalardan uzaq olsa da, burada güclü zəlzələlərin baş vermə ehtimalı tam istisna edilmir.

Professor Şestakovun sözlərinə görə, Primorye tektonik proseslərin “arxa cəbhəsində” yerləşdiyi üçün burada vəziyyət qonşu regionlara nisbətən daha sabitdir. Lakin bu, tam təhlükəsizlik demək deyil: Biz regionu cəmi 170 ildən bir qədər çoxdur ki, öyrənirik – bu, uzunmüddətli proqnozlar üçün kifayət deyil. Tarix sübut edir ki, sakit hesab olunan zonalar bəzən gözlənilməz sürprizlər təqdim edir. Primoryedə dağıdıcı zəlzələlər mümkündür, sadəcə onlar çox nadir hallarda baş verir.

Ekspert vurğulayıb ki, qonşu ölkələrdəki seysmik aktivlik birbaşa Rusiya Uzaq Şərqinə təsir göstərir. Xüsusilə Çinin şimal-şərq əyalətlərində baş verə biləcək silkələnmələr Primorye üçün təhlükə yarada bilər: Harbin və ya Mudantszyan rayonlarında baş verəcək güclü zəlzələnin sədaları Primoryedə hiss olunacaq. Zərbənin gücü zəlzələnin maqnitudasından, ocağının dərinliyindən və təkanların xarakterindən asılı olacaq. Kamçatka və Kuril adaları ən təhlükəli zona, Saxalin adası isə ondan sonrakı riskli ərazi hesab olunur.

Hazırda DVFU alimləri regionun seysmik keçmişini və mümkün riskləri daha dərindən öyrənmək üçün monitorinqləri davam etdirirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights