Çubuq Trampın ağzından çıxıb və o, yerə yaxınlaşır

Trampın indiki vəziyyəti mənə “Səyahətçi qurbağa” təmsilini xatırladır.

_______________

Bir dəfə yenə qurbağa ilə dostu ördək dərdləşirlər.

▪️Qurbağa: -Sən dünyanı gəzirsən, mən isə ömrüm boyu bu bataqlıqdan uzağa gedə bilmirəm. Mən göylərdə süzmək, dünyanı yuxarıdan seyr etmək, başqa yerlərə səyahət etmək istəyirəm.

▪️Ördək: -Axı sənin qanadların yoxdur, uça bilməzsən.

▪️Qurbağa: -Bəs dost nəyə lazımdır?

▪️Ördək:-Axı mən sənə necə kömək edə bilərəm?

▪️Qurbağa: -Çox sadə. Sən bir ördək də tap. Mən bir çubuğun ortasından ağzımla yapışım, siz həmin çubuğun uclarını dimdiyinizlə tutun və havaya qalxın. Siz uçarsınız, mən də çubuqdan yapışıb dünyanı seyr edərəm.

Ördək dostu ilə razılaşır və elə də edirlər. Ördəklər bir çubuq tapıb qurbağa ilə birlikdə göylərə qalxırlar. Qurbağa sevinclə bu vaxtadək görmədiyi yerləri seyr edir, havada süzməkdən həzz alır və heç bir qurbağanın ağlına gəlməyən ideyanı həyata keçirməsinə, öz müdrikliyinə heyranlıqdan məst olur.

Bir kəndin üstündən uçanda insanlar göydə 2 ördəklə birlikdə qurbağanın uçduğunu görüb, səs-səsə verərək, hamını bu qəribə mənzərəni seyr etməyə çağırırlar. Qurbağa görür ki, hamı onu göstərərək təəccüblə deyir: -“Baxın, qurbağa uçur!”

Qurbağa da narsis olur. İstəyir hamı bilsin ki, bu ideya məhz onun ağlına gəlib. Buna görə ağzını açıb:

-“Bunu mən fikirləşmişəm, mən!!!”- deyir və o yerə çırpılıb, tikə-para olur.

_______________

İndi Tramp da bu “ağıllı” qurbağa günündədir.

13 iyunda İsrail İrana terror hücumu etdi. Əvvəl Tramp bu hücumdan xəbəri olmadığını bildirdi.

2-3 saat sonra məlumat yayıldı ki, İsrailin hücumu İran siyasi və hərbi dairələrini iflic edib, İsrail təyyarələri maneəsiz İran səmalarında hökmranlıq edirlər və s. və i.a. 55 ildir ABŞ-ın bata bilmədiyi İranı İsrailin iflic etməsini narsis Tramp həzm edə bilməzdi, buna görə də “Bunu mən fikirləşmişəm, mən!!!” tipli statular yazmağa başladı. A kişi, bir səbrin olsun da…

2 gün sonra aydın oldu ki, İran təslim olmaqdan çox uzaqdır. Amma artıq çubuq Trampın ağzından çıxıb və o, yerə yaxınlaşır. İndi Tramp yerə heç olmasa yumşaq çırpılmaq üçün çabalayır.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights