Cografiyamizda etnik-siyasi burulğanlar baş verir

Cografiyamizda etnik-siyasi burulğanlar baş verir və biz bu ziddiyyətli, çox üzlü, çox tərəfli burulğanın içində sovrulub gedirik.

Urmiya şəhərində Güney Azərbaycan türklərinin əllərində taxta dəyənəklərlə ABD-İsrail dəstəkli 150 min PYD-PKK hərbi birləşməsinin Azərbaycan torpaqları üzərində Kürdüstan qurmasına etirazı mənə 1985-1988- ci illərdəki İrəvan Türklərinin durumunu xatırlatdı.

Taxta dəyənəklərlə ABD-nin Böyük İsrail-Kürdüstan projesinin qarşısına çıxmaq, meydan oxumaq sadəcə bir öžünümüdafiə instinktidir.

Böyük İsrail proyektini həyata keçirmək üçün ABD Suriya, İraq, Fələstin dövlətlərini işgal edib çökdürdü, milyonlarla insan soyqırıma uğradı, milyonlarla insan ölkəsindən qaçdı, köçdü. Bu savaşın qarşısına taxta dəyənəklə çıxmaq, İran Türkünün gözlənilən savaşın ciddiyyətini nə dərəcədə anladığını göstərir. Nəzərə almalıyıq ki, İranda, Türkiyədə, İraqda, Suriyada Kürdüstanıquran güc ABD-İsrail birliyidir. Öz dövlətlərimizi, coğrafiyamızı qorumaq üçün o birliyi yenməliyik! Ancaq taxta dəyənəklə yox.

Bu savaş xaçlı savaşının davamıdir, ancaq bu dəfə yəhudi- ingilis, xristian-musəvi ittifaqi şəklində.

Böyük Orta dogu projesi əslində böyük İsrail proyektidir ki, əsasında geopolitik ideyalar dayanır. Bu savaş Türkə və Ərəbə qarşı aparılan bir savaşdır. Amma Ərəb dünyası və Ərəb ağlı da parçalanmışdır, Türk dünyası və Türk ağlı da parçalanmışdir.

(On il əvvəlResurslar uğrunda mübarizə və Terrorizmadlı bir məqalə yazmışdım, göstərmişdim ki, bütün ərəb krallarının, şeyxlərinin pulları, kapitalları İngiltərə banklarındadır. Ərəb ölkələri sözdə müstəqil dövlətlərdir, əslində isə Qərb sisteminin sömürgə ölkələridir, müstəqil siyasət yeridə bilməzlər.

Türkiyə isə NATO içində əsirdir, o üzdən ABDnin orta doğuböyük İsrail proyektinin qarşısını alacaq gücdə deyil)

Biz Qərbi Azərbaycan Türkləri 1987-88-ci illərdə Ermənistanda Təpədən dırnağa silahlanmış Rusiya dəstəkli Ermənistan işğalçı ordusu qarşısındaDaşnakAsala terrorist ideoloğiyası qarşısında silahsız, əli yalın mitinqlər keçirirdikQarabağ Azərbaycanındirdeyib hayqırırdıq, Qarabağımıza sahib çıxırdıq, Bakının səsinə səs verirdik.

Biz türklər 1920-ci ildən etibarən 1988-ci ilə qədər   Ermənistanın (Qərbi Azərbaycanın) içində “azlıqdurumuna salınmışdıq. Bir azlıqolaraq Ermənıstanın içində mitinqlər keçirirdik ki, Qarabağ Azərbaycanındır. Biz Azərbaycanımızı müdafiə edirdik.

Ermənistanda turklər əliyalın, silahsız, lidersiz idi. Təşkilatlanmamışdılar, siyasi şüurdan yoxsul idilər. Ermənilər isə erməni-daşnaq ideologiyası ilə silahlanmış, təşkilatlanmışdılar. Türkiyə və Azərbaycana qarşı işğalçılıq, yayılmaçılıq siyasətləri aparırdılar.  Ermənistanın arxasında  Rusiya dayanırdı. Bizim, Ermənistandakı türklərin arxasında isə kimsə yox idi. Bizi qoruya biləcək kimsə yox idi. Nə Azərbaycan, nə Türkiyə bizi qorumaq iqtidarında deyildi.  Yalnızdıq.

Ardı var….

Yasəmən QARAQOYUNLU

Bizimlə oxuyun
Verified by MonsterInsights