Cənubi Qafqaz və Azərbaycan Üçün Təhlükə Siqnalı!


ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini kapitulyasiyaya məcbur etməsi və ABŞ-Rusiya arasında baş verən son pərdəarxası sövdələşmələr qlobal miqyasda ciddi müzakirələrə səbəb olub.
ELAZ.İNFO xəbər verir ki, Politoloq Məhəmməd Əsədullazadə məsələni şərh edərkən ABŞ-Rusiya xəttindəki son vəziyyətin və Ukrayna cəbhəsindəki durumun Cənubi Qafqaza mümkün təsirlərinə diqqət çəkib. Ekspert bildirib ki, Tramp və Putin telefon danışığında Ankoric razılaşmalarına qayıdıblar və Tramp Rusiyaya ciddi referanslar edir.Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq yalnız Ukraynaya şamil edilib, Rusiya isə Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirir. Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycan daxil olmaqla, bütün qonşular üçün ciddi təhdid mənbəyidir.
Zelenskinin Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcəyini vurğulayan politoloq, Rusiyanın bu müharibədə qalib gəlmək şansının olmadığını, Trampın siyasətinin isə noyabrda keçiriləcək Konqres seçkilərində respublikaçılara ağır zərbə vuracağını qeyd edib. Rusiya ilə aparılan ticarət və enerji sövdələşmələrinin Cənubi Qafqaza mənfi təsir göstərə biləcəyini deyən Əsədullazadə, D. Trampın Zəngəzur dəhlizi – TRİPP marşrutunda Rusiyaya müəyyən bir iştirak payı verə biləcəyini bildirib.
Ruslan MƏMMƏDOV





