ELAZ.İNFO xəbər verir ki, Çeçenistanın “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov Yaxın Şərqdə gərginləşən vəziyyətlə bağlı sensasiyalı videomüraciət yayıb. Komandir İran İslam Respublikasına tam dəstəyini ifadə edərək, lazım gələrsə, şəxsən döyüşlərə qatılmağa hazır olduğunu bəyan edib.
Apti Alaudinov videomüraciətində vurğulayıb ki, İranın müdafiəsi həm də mənəvi bir vəzifədir. O, silahlarını təhvil verməyə və quru əməliyyatlarında iştirak etməyə hazır olduğunu belə ifadə edib:Əgər ölkə rəhbərliyi belə qərar verərsə, mən mütləq bu gün belə Dəccal ordusunun quru hücumunu dəf etmək üçün onlara kömək etməyə ayağa qalxardım. Bütün silahlarımı İslam Respublikasına təhvil verməyə hazıram.”
Komandir ABŞ və İsrailin regiondakı siyasətinin arxasında daha böyük planların dayandığını iddia edərək ciddi xəbərdarlıq edib. Alaudinovun fikrincə, İranın zəiflədilməsi Rusiya üçün birbaşa təhlükə yaradır: Əgər onlar İranı məhv etməkdə uğur qazanarlarsa, növbəti hədəf Rusiya olacaq. Komandir qeyd edib ki, növbəti hədəf olmamaq üçün Rusiya daxilində mövqelər möhkəmləndirilməli və xalq daha da sıx birləşməlidir.
Ekspertlər Alaudinovun bu bəyanatını Rusiya daxilindəki müəyyən hərbi-siyasi dairələrin İrana olan güclü dəstəyinin nümayişi kimi qiymətləndirirlər.
Ruslan MƏMMƏDOV