ELAZ.İNFO xəbər verir ki, bu gün dünya tarixi üçün əhəmiyyətli olan gün bizi gözləyir. ABŞ və Rusiya prezidentlərinin iştirakı ilə məşhur Alyaska görüşü keçiriləcək. Kimin qalib gələcəyini bütün dünya maraqla izləyəcək.
Putin Alyaska sammitinə ürəklə gedir- bilir ki, Tramp onu həbs etdirməyəcək. Digər tərəfdən Putin bu sammitə özünün maraq və istəkləri daxilində olan təlbləri ilə gedir. Bu tələblər digər super güc tərəfindən qəbul ediləcəkmi?
Trampla Putinin görüşünə dair öz fikirlərini bildirən Ukrayna lideri Volodimir Zelenski Alyaska görüşündən kənarda qalmasına qarşı narazılıqla yanaşıb. O deyib ki, “Putin foto-opsiya axtarır və bu onun qazancı olacaq”.
Alyaskada keçirilən bu tarixi sammit Ukrayna müharibəsində sülhə bağlanan ümid yox, Moskvanın diplomatik mövqeyini gücləndirmək üçün atılan addım kimi qiymətləndirilir. Bəs, bu kritik görüş atəşkəslə nəticələnəcəkmi? Sammitin qalibi kim olacaq? Hələlik görüşün başlanmasına saatlar qalır…
İlahə BAYINDIR