ELAZ.İNFO xəbər verir ki, bir ay bundan əvvəl sığınacağımıza daxil olan 3 uşaqlı qadın ərinin şiddətindən qaçıb. Canını xilas edən ana, uşaqlarını xilas edə bilmir. Uşaqlar zorakı atanın yanındadır. Onları geri almaq üçün tərəfimizdən artıq hüquqi xidmətlər göstərilir və yaxınlarda məhkəmə prosesi başlamalıdır. Amma o vaxta qədər uşaqların analarından imtina etdirilmək həyəcanını yaşayırıq. Çünki keçən zaman içində uşaqlar qorxu, təzyiq, yaxud şirin vədlərlə zorla anaya qarşı çevrilirlər. İstənilən halda bu ədalət deyil.
Təəssüf ki, uşaqlarla bağlı dərhal qərar verə biləcək ayrıca məhkəmələrin olmadığından onlarla qadın analığını da itirmək məcburiyyətində qalır. Bunu hansı ana haqq edir?
Südabə Məmmədova