ELAZ.İNFO xəbər verir ki, bu gün Ümumdünya Əczaçı Günü (World Pharmacists Day) günü kimi qeyd edilir.
Hər il 25 sentyabr tarixində qeyd edilən bu gün, insanların sağlamlığı naminə çalışan, dərmanların düzgün istifadəsini təmin edən və tibbi xidmətlərin ayrılmaz hissəsi olan əczaçılara həsr olunur.
Əczaçılar xəstələrin sağlamlığının qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və cəmiyyətin rifahı üçün böyük zəhmət çəkirlər. Bu əlamətdar gündə bütün əczaçıları təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.
Əli İbrahimov