Bu gün hava necədir?

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights