Britaniya İran səfirini XİN-ə çağırdı

ELAZ.İNFO. BAKI. 20.05.2025

ELAZ.İNFO xəbər verir ki, İranın Böyük Britaniyadakı səfiri Səid Əli Musəvi  Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Britaniya Xarici İişıər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranın üç vətəndaşının Milli Təhlükəsizlik Aktı çərçivəsində casusluq ittihamı ilə həbs olunmasına görə səfir XİN-ə çağırılıb.

Belə ki, həbs olunan şəxslər Londonda fəaliyyət göstərən İran hökumətinə müxalif mövqedə olan müstəqil media qurumunun jurnalistlərini hədəf almaqda və xarici kəşfiyyat orqanına yardım edə biləcək fəaliyyətlərdə ittiham olunublar.

Səfirə bildirilib ki, İran buna görə məsuliyyət daşıyır.

Qeyd edək ki, bir neçə gün əvvəl Britaniya polisi terrorda şübhəli bilinən 7 iranlını həbs edib.

Onlardan 4-ü sərbəst buraxılsa da, üçünə qarşı ittiham irəli sürülüb.

Həmin şəxslər İran təhlükəsizlik qurumları ilə əlaqədə günahlandırılıblar.

Aysun NƏCƏFOVA

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights