ELAZ.İNFO xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, Kir Starmerin kabineti sözün əsl mənasında son büdcə vəsaitlərini yandırır. Bu il Britaniya büdcə kəsirini ödəmək üçün £143 milyard borc götürməli olub. Bunun £110 milyardı yalnız £3 trilyonluq dövlət borcunun faizlərinin ödənilməsinə xərclənib. Faktiki olaraq, köhnə borclara görə faiz məbləğlərini ödəmək üçün yeni borclar götürməyə məcbur olub.
Borc üzrə faiz isə bir il əvvəllə müqayisədə £8,4 milyard artaraq £16,4 milyarda çatıb.
Bu göstərici onun uçota alındığı ildən (1993-cü il) bəri ikinci ən yüksək məbləğdir (1-ci COVID böhranı vaxtı – bütün istehsalat dayananda olub).
Üstəlik, bu il leyboristlər büdcə kəsirini bağlamaq üçün biznesdən vergiləri və dövlət xidmətlərinin rüsumlarını artırıb, nəticədə əlavə £17 milyard toplayıblar. Lakin bunun £16 milyardı dərhal dövlət borcunun əlavə ödənişlərinə xərclənib. İqtisadi artım sıfıra endirilib, bizneslər və varlı təbəqə ölkədən köçməyə başlayıb.
Dövlət borclarına görə faiz ödənişləri artıq Britaniyanın hərbi büdcəsindən 2 dəfə çoxdur. Buna görə də London müdafiə xərclərini nəinki artıra bilmir, əksinə – onu azaltmaq üçün bir çox hərbi proqramlardan imtina etməyə məcbutr olub.
Britaniyanın 30 illik xəzinə istiqrazları üzrə faiz dərəcələri 5,5%-ə çatıb ki, bu da 1990-cı illərdən bəri rekord göstəricidir. Bununla belə istiqrazlara tələbat çox zəifdir – bu isə Britaniya iqtisadiyyatının dirçələcəyinə inamın olmamasının göstəricisidir.
Britaniyanı defoltdan 1976-cı il böhranında olduğu kimi, ABŞ və BVF xilas edə bilər. Lakin indi ABŞ-ın da, BVF-nun da vəziyyəti ürəkaçan deyil. Həm də belə “xilasetmə əməliyyatı” dollara ağır zərbə vura bilər. Eyni səbəbdən FRS-in də Britaniyaya “xilas kəməri” atacağını gözləmirəm.
The Spectator (Britaniya) nəşri yazır:
“Böyük Britaniya artıq sərmayə qoymaq və inkişaf etmək üçün borc almır. O sadəcə çökməmək üçün borc alır. Biz əvvəlki illərdə qəbul etdiyimiz qərarları yerinə yetirmək, dövlət xidmətlərini yoluna qoymaq və borc faizlərini ödəmək üçün sürünürük. Biz müflis olmuşuq və qəzəblənməliyik.”
Britaniyanın onillər ərzində qurduğu maliyyə imperiyası gözlərimiz qarşısında çökür: Rusiya, İran, Venesuela kimi neft-qaz nəhəngləri bütün dəniz daşımalarını Britaniyada sığortalamır, London banklarında hesab saxlamır, BRICS ölkələri London əmtəə-xammal birjalarından kənar ticarət əməliyyatları qururlar…
Deyəsən, biz Britaniya maliyyə imperiyasının çöküşünü görmək şərəfinə nail olacağıq.
Asif ŞƏFƏQQƏTOV