Böyük maarifçi şair -Seyid Əzim Şirvani

ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin anadan olmasının 190-cı ili tamam olur.

Maarifçi şair Seyid Əzim Şirvani Şamaxıda “Məclis” məktəbini açaraq yeni üsullu təhsilin əsasını qoymuş, Azərbaycan, fars və rus dillərində dərslər tədris etmişdir.

O, qəzəl, müxəmməs, mənzum hekayə, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Seyid Əzim Şirvani həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən “Təzkirə”nin müəllifi olub.

Şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan ibarətdir. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb.

Seyid Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat edib.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights