Ağdam şəhərində 2-ci yaşayış kompleksinin sakinləri ilə görüşü zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, böyük içtimai, siyasi və geosiyasi məna yükü daşıyır. Prezident çıxışı zamanı həm Azərbaycan vətəndaşlarına, dünya Azərbaycanlılarına, bütün Türk dünyasına, azad, müstəqil, bərabərhüquqlu, müharibəsiz yaşamaq istəyən dövlətlərə və xalqlara açıq mətinlə olduqca önəmli mətləblər adladan ismariclər göndərir. Prezidentin çıxışını möhtəşəm edən onun dünyada olduqca ziddiyyətli və anlaşılmaz görünən gerçəklikləri, olduqca açıq və sadə sözlərlə bəyan etməsidir. Çıxışında bildirir ki, necə olur ki, ölkəmizdə yerləşən separatçılara ABŞ, Fransa vizalar verirdi? Bəs nəyə görə Ukraynada, Maldovada, Gürcüstanda olan separatçılara vizalar verilmir? Bu separatçılara pulsuz milyard dollarla ölçülən silahlar verilirdi, davamlı olaraq müxtəlif yardımlar edilirdi. Bütün böyük güclər nəyə görə Ermənistana yardımlar edirdi? Nəyə görə? Sözsüz ki, bütün bu sualların cavabını cənab prezident yaxşı bilir. O sadəcə bu gün lazım bildiyi qədər deyir və hamıya önəmli ismariclər göndərir. Bütün bu sualların cavabı, dünyadakı proseslərə geosiyasi müharibələr prizmasından baxanda hər bir hadisənin məntiqlə baş verdiyini görmək olur. Elə ancaq bizim çoğrafiyada çox qısa geosiyasi mübaribələrin xronoloji ardıcıllığına baxsaq hadisələrin məntiqini görmək olur. Azərbaycan xalqının qurmuş olduğu böyük dövlətlərin (Ağqoyulu, Səfəvilər, Şirvanşahlar, Afşarlar, Qacarlar) dağılmasına səbəb olan xarici təxribatlar bu cöğrafiyada bütün Türk dövlətlrinin yox olmasına istiqamətlənən, böyük məkirli siyasəti görmək olar. Osmanlı dövlətinin dağıdılması, Hindistan Babur Türk Tövlətinin, Orta Asiyada olan Türk dövlətlərinin, Rusiyanın işğal etdiyi sibir Türk xanlıqlarının yox olması da, bu böyük məkirli siyasətin tərkib hissəsi idi. Azərbaycan xalqının qurduğu sonuncu böyük Qacarlar dövlətini şimaldan Rusiya, cənubdan isə İngiltərə imperiyaları davamlı zərərli təxribatlarla, müharibələrlə öz aralarında iki yerə bölmüşdülər. Şimali Azərbaycanın 144 min kv km ərazisində Rusiya nələr edib bunu hamı bilir. Şimali Azərbaycvanda proseslərin necə ketdiyini, necə gəlib 1991 ci ildə müstəq dövlət qurduq, müstəqil dövlətimizə necə gəlib çatdır bunu artıq hamı bilir. Qacarlar dövlətinin cənubi isə, indiki İran adlandırılan bütün ərazilər isə İngiltərə İmperiyası tam farslaşdırdı və 15 dekabr 1925 ci ildə Farslara ferildi və onlara tarix uydurdular. Beləliklə bu çoğrafiyada Azərbayvan türklərinin tarixi saxtalaşdırıldı. Dəfələrlə İran Azərbaynalıları əllərindən alınan hakimiyyətlərini bərpa etməyə çalışsalar da onların bütün azadlıq hərəkaı geosiyasi güclər tərəfindən qan içində boğuldu. Bu gün də bu amansız, imperialist, yeni terminlə desək geosiyasi müharibələri davam etməkdədir. Onlar, ABŞ, İngiltərə, Qərb, Rusiya bir-birləri ilə ənənəvi rəqiblik edirlər. SSRİ nin dağılması da bu geosiyasi mübarizənin nəticəsidir. Maraqlı odur ki, bu rəqib olan güclər ancaq Türk dövlətlərinə qarşı bir-biri ilə müttəfiq olublar. Bu geosiyasi rəqiblər hər zaman güclü Türk dövlətlərinin yaradılmasına qarşı çıxıblar. Tək Türk dövlətlərinə qarşı bu ənənəvi rəqiblər müttəfiq olublar. Bax bu düşüncə, canlarında olan bu Türk xofu bu gün də onların canlarındadır, düşüncələrindədir. Məhz buna görə də Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradıldı, İran adlı Fars millətci bir rejim yaradıldı. Məhz buna görə də 1945-1946 cı ildə yaradılan Güney Azərbaycan dövləti müdafiə olunmadı. 30 il torpaqlarımızın işğalda qalması, işğalçıya hər cür yardımların edilməsi və s. bunların hamısı, məkirli güclərin Türk xalqlarına, Türk Dövlətlərinə və dünyada bütün azadlıq sevən xalqlara qarşı apardığı böyük məkilrli siyasətin tərkib hissəsidir. Bütün bu geosiyasi hadisələrin qısa xronoloji ardıcıllığına baxanda bizə hər şey aydın, məntiqli görünür və biz bundan sonrakı hadisələri də təxmin edib bu hadisələrə qarşı hazırlaşa bilərik. Prezident cənab İlham Əliyev çıxışında bəyan etdiki, “GÖRÜN BİZ KİMLƏRLƏ KƏLLƏ-KƏLLƏYƏ GƏLMİŞİK”! Gerçəkdən də biz bütün dünya güclərinin öz maraqları üçün hazırladığı ədalətsiz dünya nizamının bünövlərini tərpətdik. Biz ikinci Qarabağ müharibəsində qələbəmizlə qütübləşən dünyada yeni daha ədalətli dünya nizamının qurulması üçün prosesin başlanbasına səbəb olduq. Bilmık lazımdır ki, geosiyasi muharibələr bu gün də amansızlıqla aparılır. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev Türk Dövlətləri Təşkilatının yaradılması fikrini ortaya qoydu və ilk toplantıları keçirtdi. Məhz buna görə də prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, “BİZİM EVİMİZ TÜRK DÜNYASIDIR!” Cənab prezidet artıq bütün bu böyük məkirli siyasətin tam fərqindədir. Yəqin ki, o öz həmkarları olan Türk dövlət rəhbərləri ilə uzun illərlə davam edən, bütün Türk dövlətlərini və xalqlarını hədəf seçən böyük məkirli siyasət haqqında və bu məkirli siyasətə qarşı artıq birgə müdafiə olunmaq haqqında da fikir mübadilələri aparılır. TDT-nın hər gün güclənməsi, Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi haqqında cənab İlham Əliyevin təklifi, bizə qarşı olan ənənəvi böyük siyasətin qarşısını alınmasından xəbər verir. Prezident İlham Əliyevin Ağdam sakinləri ilə çıxışında verdiyi ismariclər, inanırıq ki, hamı tərəfindən müzakirə ediləcək və ənənəvi geosiyasi rəqiblərin bizə qarşı geostrateji planlarına bir daha baxmağa dəvət edəcək.
Tahir Ələkbərov