“…Biz uçurumun kənarından geri qayıtmışıq”

Vladimir Putin artıq 25 ildir ki, Rusiyada hakimiyyətdədir.
1999-cu ilin yeni il gecəsi Moskvada təcili xəbər yayıldı – Rusiyanın Prezidenti Boris Yeltsin istefa verir! Bununla da Vladimir Putinə Rusiyanın lideri olmaq üçün yol açıldı. Həmin vaxt Putin ölkənin Baş naziri idi. Üç ay sonra keçirilmiş Prezident seçkilərində isə o, qələb qazandı.
Yeltsin Kremli tərk edərkən Putinə belə bir tapşırıq vermişdi:

-“Rusiyadan muğayat ol!”
Bəs, görəsən, Putin bu 25 il ərzində Rusiyanı qorumağı bacarıbmıʔ
-“Rusiyadan muğayat ola bildinizmi? sualını Putinə verərkən,
Putinin cavabı belə olub:

-“Bəli. Nəinki onu qorumuşuq, biz uçurumun kənarından geri qayıtmışıq”.
Rusiya artıq bir neçə ildir ki, Ukrayna ilə müharibə aparır.
Bu müddət ərzində Ukraynanın, təxminən 30 faizə qədər ərazisi işğal olunub, milyonlarla ukraynalı isə qaçqın düşüb.
Putinin Ukraynaya hücum qərarından sonra onun şəhər və kəndləri Ukraynanın dron hücumlarına məruz qalıb.
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin bir hissəsini işğal edib.
Beynəlxalq sanskiyalar Rusiya iqtisadiyyatını təzyiq altında saxlayır.

Ardı var…
Natəvan BƏYDİLİ

Verified by MonsterInsights