“Biz işlər görə biləcəyikmi, görəcəyik”

ELAZ.İNFO, BAKI, 13.05.2025.

ELAZ.İNFO xəbər verir ki,  Amerika liderinin proqnozuna görə, Türkiyədə gözlənilən görüşlər yaxşı nəticə verə bilər
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubio və digər Amerika rəsmiləri Ukrayna ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək.

ABŞ administrasiyasının rəhbəri Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda deyib ki, “İnsanlarımız orada olacaq. Marko [Rubio] orada olacaq. Digərləri də orada olacaq. Biz işlər görə biləcəyikmi görəcəyik”.

Trampın bu çıxışı Amerika xəbər televiziyası şəbəkələrində canlı yayımlanıb.

Ağ Ev sözçüsü jurnalistlərlə söhbətində aydınlaşdırıb ki, Rubio, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq İstanbula səfər edir.

İlahə BAYINDIR

Verified by MonsterInsights