Ben-Qurion hava limanı və Müdafiə Nazirliyi hədəf alındı

ELAZ.İNFO xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji obyektlərinə qarşı genişmiqyaslı raket hücumu həyata keçirdiyini bəyan edib. Rəsmi məlumata görə, hədəflər arasında Təl-Əviv yaxınlığındakı beynəlxalq hava limanı və hərbi qərargahlar var.

SEPAH-ın yaydığı press-relizdə əməliyyatın detalları barədə şok məlumatlar yer alıb: Təl-Əvivin əsas hava qapısı olan Ben-Qurion Beynəlxalq Hava Limanı və İsrail Müdafiə Nazirliyinin binası hiper-səsli raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurulub. İran tərəfi bölgədə yerləşdirilən ABŞ və İsrailə məxsus 7 müasir radar sisteminin artıq sıradan çıxarıldığını iddia edir. Hücumda ilk dəfə olaraq yüksək sürətli hiper-səsli texnologiyalardan istifadə edildiyi vurğulanır.

Bu hücum ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq qiymətləndirilir. SEPAH bəyan edib ki, bu, hələ başlanğıcdır və təcavüz davam edəcəyi təqdirdə cavab zərbələri daha sarsıdıcı olacaq. Biz İsrailin hərbi maşınını və ABŞ-ın bölgədəki müşahidə şəbəkəsini iflic etməyə qadirik,– deyə SEPAH-ın bəyanatında qeyd olunub. Hazırda İsrail tərəfinin itkilər və dağıntılar barədə rəsmi açıqlaması gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights