BDU-da Laos Prezidenti Thonqlun Sisulit Tələbələrlə Bir Arada

14.10.2026

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetində (BDU) tələbə və müəllim heyəti ilə görüşüb.

ELAZ.İNFO xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin rəsmi votsap kanalında paylaşdığı məlumata əsasən, görüş çərçivəsində Azərbaycan ilə Laos arasında təhsil və elm sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb.

Görüş zamanı iki ölkə arasında akademik heyətin və tələbələrin mübadilə proqramlarının inkişafı, birgə elmi-tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də ölkəmizin beynəlxalq təhsil platformasında mühüm yeri olan “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının xarici tələbələr üçün yaratdığı geniş perspektivlər diqqətə çatdırılıb.

Sözügedən səfər və keçirilən görüş Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə təhsil diplomatiyasının və beynəlxalq akademik əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁31