“Barselona” və “İnter” heç-heçə edib

ELAZ.İNFO xəbər verir ki, İspaniyanın “Barselona” və İtaliyanın “İnter” klubları UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu 3:3 hesabı ilə başa vurublar.

Oyun Barselonada baş tutub.

Artıq birinci hissədə rəqiblər hərəyə iki qol vurub. “İnter”dən Markus Tyuram və Denzel Dumfries müvafiq olaraq 1-ci və 21-ci dəqiqələrdə fərqləniblər. “Barselona”nın qollarını Lamin Yamal (24) və Ferran Torres (38) vurub.

64-cü dəqiqədə Dumfries “İnter”i yenidən hesabda irəli çıxarıb, bir dəqiqə sonra isə İtaliya komandasının qapıçısı Yann Sommer avtoqola imza atıb.

Cavab oyunu mayın 6-da Milanda baş tutacaq.

İslam MAHMUDOV

Verified by MonsterInsights