“Bakinski raboçi” -İLLƏRİN QƏZETİ

ELAZ.İNFO, BAKI, 12.05.2025.

ELAZ. İNFO xəbər verir ki, 12 may 1906-cı ildə Azərbaycanın paytaxtında “Bakinski raboçi” (Бакинский рабочий) qəzeti Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı təşkilatının gizli orqanı kimi nəşrə başladı. Lakin elə ilk nömrədən sonra nəşri dayandırıldı.

1908-ci il sentyabrın 6-dan neft sənayesi fəhlələrinin həftəlik qəzeti kimi yenidən işıq üzü gördü.

Oktyabrın 31-də çar hökumətinin fərmanı ilə “zərərli qəzet” adlandırılaraq dayandırıldı.

1917-ci ildən bolşevik qəzeti kimi yenidən nəşr olunmağa başlayan “Bakinski raboçi” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı kimi 70 ildən artıq fəaliyyət göstərib.

Hazırda “Bakinski raboçi” Azərbaycanda həyatın müxtəlif sahələrini özündə əks etdirən maraqlı və oxunan məqalələri ilə öz oxucularının görüşünə gəlir.

Əli İBRAHİMOV

Verified by MonsterInsights