“Bakı Kitab Mərkəzi”nə getmişdim

ELAZ.İNFO


Adətim üzrə dünən də “Bakı Kitab Mərkəzi”nə getmişdim. Qiyməti aşağı salınmış kitablar içərisində Kimya üzrə Nobel mükafatı laureatı Venki Ramakrişnanın “Genetik detektiv” kitabını da gördüm. Bu kitabın bir nüsxəsini ötən il mən almışdım. Kitabın digər nüsxəsi bir ildən çox rəfdə qaldığından ucuzlaşmaya düşüb və bayağı ədəbiyyatlar içərisinə atılıb. Məni düşündürən başqa şeydir. İndiyə qədər bu nəhəng Kitab Mərkəzinə kimyaçı, bioloq və həkim gəlməyib? Axı nəhəng bir alimin yazdığı bu şedevr həm tədris, həm də tədqiqat üçün əvəzsiz yeni vəsaitdir!
Venki Ramakrişnan kimdir?
“Ribosomların strukturu və funksiasının tədqiqatına görə” 2009-cu ildə Venki Ramakrişnan, Steys Tomson və Ado Yonatla Kimya üzrə Nobel mükafatına layiq görüldülər. Ramakrişnan 2015- ci ildən London Kral Cəmiyyətinin prezidenti və Amerika Milli Akademiyasının üzvüdür. “Biz bilirik ki, DNT bizim genimizi saxlayan molekuldur. DNT unikal prosessor olan Ribosomasız heç bir əhəmiyyətə malik deyil. Məhz Ribosoma həyatın – hərəkətverici qüvvəsidir”. Böyük alimin əsərinin adı maraqlıdır: “Genetik detektiv: Ribosomların tədqiqatından Nobel mükafatına doğru”. Kitab ribosomların son dərəcə mürəkəb strukturunun açılmasının tarixi və qədim dövrlərdə insan həyatının sirləri haqqındadır.
Məşhur yazıçı İen Makyuen kitab haqqında yazır: Elm Ramakrişnanın bu maraqlı kitabı vasitəsilə yaxşı və pis personajlardan ibarət pyes rolunu oynayır. Gözəl əsər yazmaq üçün böyük zəhmət və mükəmməl ideyalar çox vacibdir.”
Ramakrişnan Hindistanda orta məktəbdə oxuyarkən Amerikada təhsil almaq həvəsinə düşür. O, yazır: “Bu ölkə təkcə imkanlar ölkəsi deyil, həm də mənim kumirim olan fizikadan mükəmməl mühazirələrin müəllifi Riçard Feynmanın yaşadığı ölkədir.”
Böyük alim Nobelə qədər və Nobeldən sonrakı həyatını və elmdəki uğurlarının səbəbini olduqca hərtərəfli və maraqlı formada yazıb. Kitab əlbəttə ki, elmi fəaliyyətə başlayanlar, biokimyaçılar, elmin populyarlaşdırılması ilə maraqlalanlar üçün əvəzsiz vəsaitdir.
Elmin populyarlaşdırılmasının görkəmli nümayəndəsi, bioloq Riçard Dokkinz yazır: ”Ribosomların təsviri və detalları Kristalloqrafiya vasitəsilə müəyyənləşəndən sonra alimlər anladılar ki, bu strukturda “həyat” anlayışının öyrənilməsinin açarı gizlənib. Bu, əsl həqiqətdə yumor və təfərrüatla zəngin olan detektiv tarixdir. Hindistandan gəlmiş Venki Ramakrişnan sübut etdi ki, lazımlı ideya və alətləri, çalışan insanları bir araya gətirməklə elmdə böyük uğurlar qazanmaq mümkündür. “
Zəruri qeyd: Nobel mükafatı laureatı Aziz Sancardan UNEC-in təşkil etdiyi Elmi Konfransda iştirakı zamanı DNT sahəsindəki işləri barədə və Venki Ramakrişnanla tanış olub-olmadığını soruşdum. Soruşdu ki, Ramakrişnan məni nə üçün maraqlandırır? Dedim ki, onun “Genetik detektiv” adlı populyar dildə yazılmış möhtəşəm kitabını oxumuşam. Ramakrişnanın Böyük alim olduğunu söylədi. Söylədi ki, o, 2015- ci ildən London Kral Cəmiyyətinin prezidenti və Amerika Milli Akademiyasının üzvüdür. “Belə böyük uğurlar qazanmaq hər alimə nəsib olmur”-dedi. Sonra DNT ilə Ribosomanın funksiayaları barədə danışdı.
Ramakrişnan: “DNT bizim genimizi saxlayan molekuldur. DNT Ribosomasız əhəmiyyətini itirir. Məhz Ribosoma həyatın – hərəkətverici qüvvəsidir”.

Etibar ƏLİYEV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights