Azərbaycanın Qlobal Tranzit Liderliyi və Geostrateji Mövqeyi

13.10.2026

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və geostrateji təşəbbünglər fonunda Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemindəki mövqeyi durmadan güclənir. Bu strateji kursun uğurla reallaşmasında müstəsna rol oynayan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları bu gün öz peşə bayramını qeyd edirlər.

ELAZ.İNFO xəbər verir ki, qlobal iqtisadi və geosiyasi transformasiyaların yaşandığı dövrdə Azərbaycanın regionun lider dövlətinə çevrilməsində nəqliyyat infrastrukturunun və tranzit potensialının rolu həlledicidir. Gecə-gündüz fasiləsiz olaraq yorulmadan çalışan dəmiryolçular ölkəmizin iqtisadi suverenliyinin qorunması, eləcə də beynəlxalq ticarət dəhlizlərinin təhlükəsiz işləməsi istiqamətində mühüm dövlət əhəmiyyətli tapşırıqları yerinə yetirirlər.

Dövlət başçısının apardığı məqsədyönlü xarici siyasət sayəsində reallaşan beynəlxalq yükdaşıma layihələri Azərbaycanı Avrasiya məkanında əvəzsiz geostrateji mərkəzə çevirib. Polad magistralların fədakar işçilərinin həyata keçirdiyi fasiləsiz daşımalar ölkəmizin dünya miqyasında tanıdılmasında, qlobal ticarət xəritəsindəki mövqeyinin möhkəmlənməsində və dövlətimizin beynəlxalq nüfuzunun artmasında birbaşa pay sahibidir.

Peşə bayramı münasibətilə ELAZ.İNFO media qrupu olaraq ölkəmizin iqtisadi qüdrətinə və qlobal liderlik missiyasına mühüm töhfələr verən bütün Azərbaycan dəmiryolçularına dərin minnətdarlığımızı bildirir, şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁54