Azərbaycan dövlətçiliyinə təhlükə yaradırlar

ELAZ.İNFO, BAKI, 15.05.2025.

“Mən İmam Hüseynə qarşı mübarizə aparmıram. Biz İslamı məzhəblərə, firqələrə bölmürük və İslamın bütün şəxsiyyətlərinə sayğımız var. Amma xalqımız bilməlidir ki, Sasanilər Dövlətinin ərəblər tərəfindən çökdürülməsi, fars  dövlətinin dağılması və onların ərəbə məğlubiyyəti, ərəb təbəəsinə çevrilməsi fars millətçiliyini ərəbə və islama  qarşı mübarizəyə sövq etdi.

İslamı bölmək parçalamaq üçün farslar Hz.Əlini və Hz.Hüseyni  Hz.Peyğəmbərin və İslamın əlindən alaraq farslaşdırmağa cəhd etdilər, bununla ərəbdən və İslamdan məğlubiyyətin qisasını almaq istədilər və din adı altında  yeni bir fars millətçiliyi modeli qurdular.

Hz. Hüseyni Sasanlıya bağlamaq üçün saxta din, saxta tarix yaratdılar. Bunu mən demirəm, fars alimi Əli Şəriəti deyir. Fars millətinin İslamı necə böldüyünü elə fars olan Əli Şəriəti “Özə dönüş” əsərində bütün ayrıntıları ilə təsvir edib.

Azərbaycan türkü çoxdan  bu zəhərli ideologiyalarla zəhərlənmişdir, manqurtlaşmışdır. Biz Azərbaycanda Aşura mərasimlərində yad ünsürlərin fəallıq göstərdiklərini demişik.

Bəli, biz demişik ki, casus şəbəkəsi din adı altında əslində  başqa ideologiyanı yayır və Azərbaycan dövlətçiliyinə təhlükə yaradırlar.

 Dr. Yasəmən QARAQOYUNLU

Verified by MonsterInsights