Azərbaycan 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi edəcək

ELAZ.İNFO, BAKI, 22.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.

Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirildi.

Natəvan BƏYDİLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights