ELAZ.İNFO xəbər verir ki, Moskvann baş memarı və rəssam Sergey Kuznetsov öz əsərini xeyriyyə məqsədilə satışa çıxarıb. “Meet For Charity” platformasında keçirilən hərracda sənətkarın İstanbulun simvollarından biri olan Ayasofya məscidinə həsr etdiyi tablosu nümayiş olunur.
Sergey Kuznetsov öz “Telegram” kanalında əsərin yaranma tarixçəsi və daşıdığı məna barədə maraqlı detallar paylaşıb. O, bu işi sadəcə bir təsvir deyil, məkanın ruhunu hiss etmək cəhdi kimi xarakterizə edib:
Bu tablo mənim məkanı şəxsi yaşantımdır. Qədim tikilinin əzəmətini, divarlardakı işıq oyununu və bu cür yerləri bürüyən sükutu sözlə ifadə etmək mümkün deyil. Mən müxtəlif ölkələrin şəhərləri və memarlıq abidələri ilə işləyərkən onların dəqiq görkəmini deyil, öz emosiyalarımı azad və dinamik üslubda qeyd edirəm.
Əsər sənətsevərlər üçün həm bədii, həm də kolleksiya dəyəri daşıyır. Tablonun parametrləri aşağıdakı kimidir: Kağız üzərində kömürlə işlənib (2020-ci il). 59 sm x 42 sm (ağ taxta çərçivə ilə birlikdə 79 sm x 62 sm). Satışdan əldə olunan bütün vəsait “Miloserdiye – detyam” (Uşaqlara mərhəmət) xeyriyyə fonduna köçürüləcək.
Hərrac 10 mart saat 15:00-da başa çatacaq. Memar qeyd edib ki, hər bir mərc cəmiyyətdə qayğı və şəfqətin təbii hala çevrilməsi üçün atılan mühüm addımdır.
Ruslan MƏMMƏDOV